ETSN-nin mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, nazirliyin yerli qurumlarının əməkdaşları fevralın 8-i səhər saat 6 radələrində “Ural” markalı 43-BB-223 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilən 3,5 kubmetr həcmində fısdıq cinsli işlik meşə materialı aşkar edilib və avtomobilin sahibi Aslan Cəbiyev barəsində akt tərtib olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Azvision.az