Şəkidə şirkət işçisinin pulla dolu çantası oğurlandı

Şəkidə şirkət işçisinin pulla dolu çantası oğurlandı
  10 Fevral 2020    Oxunub:2277
Şəkidə quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 3-də saat 22 radələrində Şəki şəhərinin Cəfərabad kəndi ərazisində R.Muxtarzadənin idarə etdiyi şirkətlərdən birinə məxsus “Ford” markalı avtomobilin “VAZ-2106” markalı avtomobillə vurulması, həmin avtomobildən düşmüş 3 nəfərin “Ford” markalı avtomobildə sərnişin qismində gedən həmin şirkətin əməkdaşı C.Kərimova küt alətlə xəsarət yetirərək içərisində 15.000-20.000 manat pul olan çantanı aparması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Dərhal Şəki ŞRPŞ əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Baş Cinayət Axtarışı, Baş İctimai Təhlükəsizlik, Baş Dövlət Yol Polisi idarələri, Təhlükəsiz Şəhər Xidməti, Şəki ŞRPŞ və Göyçay RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakinləri İ.Abdullayev, əvvəllər məhkum olunmuş X.Ömərov, habelə cinayəti bilib polisə məlumat verməmiş N.Bəşirov saxlanılmış, digər bir nəfər isə müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti