Bakıda qadına qarşı soyğunçuluq edildi

Bakıda qadına qarşı soyğunçuluq edildi
  11 Fevral 2020    Oxunub:2968
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Əliyeva fevralın 4-də saat 21 radələrində Ö.F.Nemanzadə küçəsində 1 nəfərin ona zor tətbiq edərək içərisində 390 manat və sənədlər olan pulqabısını aldığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini B.Muradov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun kirayədə yaşadığı evdən narkotik vasitə olan heroin və marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti