Bakıda qətl törədilib

  11 Fevral 2020    Oxunub : 1105
Bakıda qətl törədilib
Bakı şəhər sakini Bəxtiyar Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən paytaxt sakini İ.Ağasənov saxlanılıb.

Azvision.az

Teqlər: DİN