Piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Piyadanı öldürüb qaçan sürücü saxlanıldı
  12 Fevral 2020    Oxunub:1895
Fevralın 8-də, saat 5 radələrində, Nizami rayonunun R.Rüstəmov küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Edqar Cəlilov vurulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, xəsarətlə xəstəxanaya yerləşdirilən piyada fevralın 11-də orada ölüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ravon” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini N.Həsənov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti