Qusarda quşçuluq ferması yanıb

  13 Fevral 2020    Oxunub : 1566
Qusarda quşçuluq ferması yanıb
Qusar rayonunun Kuzunqışlaq kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 960 m² olan quşçuluq fermasının tavanı 480 m² sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın