Yaşayış binasında təhlükə aradan qaldırılıb

Yaşayış binasında təhlükə aradan qaldırılıb
  13 Fevral 2020    Oxunub:2641
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının damında dəmir parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər dəmir parçasını müvafiq qaydada yerinə bərkidərək təhlükəni aradan qaldırıblar.

Azvision.az



Teqlər: FHN   Bina   Yasamal  





Xəbər lenti