İcazəsiz ov edənlər saxlanıldı

İcazəsiz ov edənlər saxlanıldı
  13 Fevral 2020    Oxunub:1783
Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, “Qara təpə” və Xızı rayonu Yaşma Quşçuluq Təsərrüfatı ərazilərində icazəsiz ov edən şəxslər saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı ov edənlərin Sumqayıt şəhər sakini Şahin Qədimov və Bakı şəhər sakini Teymur Əliyev olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və hər biri 1000 manat məbləğində cərimələnib.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti