Qızının xəstə olduğunu bilən ana intihar edib

Qızının xəstə olduğunu bilən ana intihar edib
  14 Fevral 2020    Oxunub:2746
Ağstafa rayonunda qızının xəstə olduğunu bilən ana intihar edib.
Azvision.az "Report"-a istinadən xəbər verir ki, hadisə Zəlimxan kəndində baş verib. Kənd sakini, 77 yaşlı Gülşən Əliyeva özünü həyətindəki yardımçı tikilidə asıb.

Ahıl qadının intiharına səbəb isə qızının səhhətində yaranan problemlərlə əlaqədar olub. O, övladının boğazında şiş olmasını eşidib. Bundan sonra qadın depressiyaya düşərək intihar edib.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

Azvision.az



Teqlər: Ağstafa   İntihar   Qadın  





Xəbər lenti