Şəhidimiz bu gün dəfn olunacaq

  Şəhidimiz bu gün dəfn olunacaq
  16 Fevral 2020    Oxunub:4561
Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Seymur Ələsgərov bu gün dəfn olunacaq.
Azvision.az xəbər verir ki, 1990-cı il təvəllüdlü hərbi qulluqçunun cənazəsi Gəncə şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. Düşmən tərəfindən açılan atəş nəticəsində ordumuzun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

Azvision.az



Teqlər: Şəhid   Hərbçi  





Xəbər lenti