***
Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirliyin Dölət Yanğından Mühafizə xidmətinin və Xisusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.
Yanğının 8, 9 və 10-cu riyadları əhatə etdiyi bildirilir. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.


Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


