Ağcabədidə yol qəzası, ölən var

Ağcabədidə yol qəzası, ölən var
  18 Fevral 2020    Oxunub:2207
Ağcabədi rayonunun Qaravəlli kəndində “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1977-ci il təvəllüdlü Qardaşxanov Rövşən İsa oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti