“Sədərək”dəki yanğının ilkin səbəbi məlum deyil - AÇIQLAMA

  18 Fevral 2020    Oxunub : 1515
“Sədərək”dəki yanğının ilkin səbəbi məlum deyil - AÇIQLAMA
Yanğınla bağlı məlumat bu gün səhər saat 07:39 radələrində daxil olub.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin qərargah rəisi Əkbər Novruzov deyib. O bildirib ki, dərhal ərazi üzrə Qaradağ rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları yanğın yerinə gedib.

"Yanğının söndürülməsinə 23 texnika və 125 nəfər şəxsi heyət cəlb olunub. Yanğının dərəcəsi ikinci dərəcəli elan olunub. Yanğın 1 saata yaxın davam edib. Yanğın olan hissə ticarət mərkəzinin 900-1000 kvadratmetr ərazisini əhatə edib. İlkin səbəb hələlik məlum deyil. Araşdırma aparılır", - deyə FHN rəsmisi vurğulayıb.



Elvin Abdulqədirov
Azvision.az

Teqlər: FHN   Yanğın