Sürücü törətdiyi qəzada öldü

Sürücü törətdiyi qəzada öldü
  18 Fevral 2020    Oxunub:1611
Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 18-də saat 1 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Gəncə şəhər sakini Elşən Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti