İki nəfərdən odlu silah götürüldü
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaynaq kənd sakinləri A.Nəbiyev və U.Fərəcovun evlərindən müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


