Bakının Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdıqları beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az-a verilən məlumata görə, hadisə nəticəsində bir otaqda ev əşyaları yanıb. Yataqxana binası yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.