Bakıda yanğın olub, bir nəfər xəsarət alıb

Bakıda yanğın olub, bir nəfər xəsarət alıb
  18 Fevral 2020    Oxunub:2133
Paytaxtda yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakının Xətai rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin içərisində ev əşyaları 6 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Tikili və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti