Neftçala və Salyanda ev yanıb

Neftçala və Salyanda ev yanıb
  19 Fevral 2020    Oxunub:1917
Neftçala rayonunun Qırmızıkənd kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli, dam örtüyü qamışdan ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar 90 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Salyan rayonunun Yenikənd kəndində ümumi sahəsi 52 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: Yanğın   FHN  





Xəbər lenti