Tərtər sakinlərindən silah götürülüb

Tərtər sakinlərindən silah götürülüb
  19 Fevral 2020    Oxunub:2008
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Tərtər rayonu Qaynaqlı kənd sakinləri A.Nəbiyev və U. Fərəcovun evlərindən 2 ədəd “TOZ-16” markalı müvafiq sənədləri olmayan tüfəng aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   silah  





Xəbər lenti