Bərdədə ölümlə nəticələnən qəza olub

Bərdədə ölümlə nəticələnən qəza olub
  19 Fevral 2020    Oxunub:2352
Bərdə rayonunun Qarağacı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 18-də saat 4 radələrində Bərdə rayonunun Qarağacı kəndi ərazisində Ağcabədi rayon sakini M.Məhərrəmov idarə etdiyi “Mercedes-Vito” markalı avtomobili qarşıda gedən Beyləqan rayon sakini E.Kərimovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə M.Məhərrəmovun sərnişinlərindən Rövşən Qardaşxanov hadisə yerində ölüb, özü və daha 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti