Daha iki məntəqənin nəticələri etibarsız sayıldı - QƏRAR

Daha iki məntəqənin nəticələri etibarsız sayıldı -   QƏRAR
  19 Fevral 2020    Oxunub:2433
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsindən daxil olan müraciətə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Qabil Orucov məlumat verib.

O bildirib ki, deputatlığa namizəd Səidə Cəbrayılova şikayətində hüquqlarının pozulduğunu və dairənin nəticəsinin ləğvini tələb edib:

"Şikayət araşdırıldıqdan sonra bəlli olub ki, 6 və 7 saylı seçki məntəqələrində qanunazidd hərəkətlər müəyyən olunub. Bu səbəbdən həmin məntəqələrin nəticələrinin ləğvini, şikayətin qismən təmin olunmasını təklif edirəm".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti