İranda daha 3 nəfər koronavirusa yoluxub

  İranda daha 3 nəfər koronavirusa yoluxub
  20 Fevral 2020    Oxunub:2867
İranda koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı artıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kiyanuş Cahanpur bildirib.

"Laboratoriya müayinələrinə görə, Qum və Ərak şəhərlərində üç nəfərin yeni koronavirusa yoluxduğu məlum olub. Qeyd olunan xəstələr xəstəxanalarda nəzarət altındadır".

Nazirlik rəsmisi vurğulayıb ki, hər üç xəstə İran vətəndaşıdır və bununla da yeni koronavirusa yoluxanların sayının 5 nəfərə çatıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti