Naxçıvanda bir ailənin 3 üzvü faciəvi şəkildə öldü

 Naxçıvanda bir ailənin 3 üzvü faciəvi şəkildə öldü
  21 Fevral 2020    Oxunub:4062
Naxçıvanda ağır yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 20-də, saat 12 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakinləri N.Rəhimovun idarə etdiyi “VAZ-21074” və Ə.Məmmədovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

Nəticədə R.Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T.Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə.Məmmədovun sərnişini olan arvadı A.Məmmədova xəstəxanaya yerləşdirilib.

Ç.Hüseynova, T.Hüseynova və azyaşlı orada ölüb. Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti