Göygöldə evdən oğurluq edən dəstə tutuldu

Göygöldə evdən oğurluq edən dəstə tutuldu
  21 Fevral 2020    Oxunub:2474
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayonun Yeni Zod kəndindəki evdən oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri, 31 yaşlı Xəyal Orucov, 28 yaşlı Elvin Məmmədov, 35 yaşlı Ərşad İsmayılov və əvvəllər məhkum olunmuş Təbriz İsmayılov həmkəndlilərinin evinə gizli yolla daxil olaraq həyətyanı sahədən 2000 manat dəyərində su mühərrikini və 650 manat dəyərində qaynaq aparatını oğurlayıblar.

E.Məmmədov, X.Orucov və T.İsmayılov saxlanılaraq istintaqa təhvil verilib. Ə.İsmayılovun yerinin müəyyənləşdirilərək istintaqa təqdim olunması istiqamətində tədbirlər davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti