Ağsuda 4 otaqlı ev yanıb

Ağsuda 4 otaqlı ev yanıb
  21 Fevral 2020    Oxunub:1738
Ağsu rayonunun Qaravəlli kəndində ümumi sahəsi 280 kvadratmetr olan birmərtəbəli dördotaqlı evdə yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində evin 238 kvadratmetrlik hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti