Qanunsuz ov etmək istəyənlər saxlanıldı

Qanunsuz ov etmək istəyənlər saxlanıldı
  22 Fevral 2020    Oxunub:1827
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Tərtər rayonunun Hüsənli kəndi ərazisində Ağdam rayon sakini Bəxtiyar Abbasov və Bərdə rayon sakini Zahir Məmmədov qanunsuz ov etmək istədiklərinə görə saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Onlardan 16 kalibrli ov tüfəngi və 20 patron maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti