Polis oğurluq edən şəxsləri tutub

Polis oğurluq edən şəxsləri tutub
  22 Fevral 2020    Oxunub:2499
Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şəhər sakinləri V.Abbasovun velosipedini, H.Muradovanın avtomobilindən pulunu və İ.Nadirovun kondisioner mühərrikini oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini İ.İmanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş İ.Xıdırovun ətrafında Sumqayıt ŞPİ 4-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun şəhər ərazisindəki bir mağazadan 5 ədəd maqnitofon, 14 ədəd manitor və 10 ədəd led lampa oğurlaması da müəyyən edilib.

Bundan başqa Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də A.M.Şərifzadə küçəsindəki mağazaların birindən 3800 manat dəyərində 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Abbaslı saxlanılıb.

Eyni zamanda Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobillərdən maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Cəlilov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti