Cinayət törədən 35 nəfər saxlanılıb

Cinayət törədən 35 nəfər saxlanılıb
  24 Fevral 2020    Oxunub:1876
Daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti