Bakıda polis qardaşı tərəfindən qətlə yetirildi

  25 Fevral 2020    Oxunub : 4908
Bakıda polis qardaşı tərəfindən qətlə yetirildi
Bakıda polis əməkdaşı qətlə yetirilib.
Azvision.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Şəhər sakini 1992-ci il təvəllüdlü Ramazanov Araz İrza oğlu qardaşı, 1989-cu il təvəllüdlü Anar Ramazanovu mübahisə zəminində bıçaqlayaraq qətlə yetirib. Öldürülən şəxs polis əməkdaşıdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Araşdırma aparılır.

Azvision.az

Teqlər: Polis   Qətl