Qubada 6 otaqlı evdə yanğın olub

Qubada 6 otaqlı evdə yanğın olub
  25 Fevral 2020    Oxunub:2276
Quba rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yanğın rayonun Tülər kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 300 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində 2 otağın, aynabəndin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti