Ağac kəsən şirkət 50 min manat cərimələndi

Ağac kəsən şirkət 50 min manat cərimələndi
  25 Fevral 2020    Oxunub:2767
Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov, 7 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Azvision.az xəbər verir ki, bunu Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin deyib. O bildirib ki, baxış zamanı ərazidə 1 ədəd qovaq ağacı və 2 ədəd lüqustr kolunun kəsildiyi məlum olub:

"Ağac və kolların ərazidə “Casbak-Trade” MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib".

Faktla bağlı akt və protokol tərtib olunub. MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə oluması üçün toplanmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti