Keçmiş məhkum iki aptekdən oğurluq edib

  26 Fevral 2020    Oxunub : 1327
Keçmiş məhkum iki aptekdən oğurluq edib
Bakıda iki aptekdən soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də rayon ərazisindəki apteklərin birindən soyğunçuluq yolu ilə 2000 manat aparmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun Yasamal rayonu ərazisindəki digər bir aptekdən 2000 manat oğurlaması da müəyyən edilib.

Azvision.az

Teqlər: DİN