Şəkidə ağır qəza: Ölən və yaralılar var

  26 Fevral 2020    Oxunub : 1111
 Şəkidə ağır qəza: Ölən və yaralılar var
Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 25-də saat 9 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində Fazıl kənd sakini R.Qocayevin idarə etdiyi “VAZ-2101” və şəhər sakini V.Mustafayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə R.Qocayevin sərnişinlərindən Şahid Rüstəmov hadisə yerində ölüb, özü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza