FHN Qaradağdakı ağır qəza ilə bağlı məlumat yaydı

FHN Qaradağdakı ağır qəza ilə bağlı məlumat yaydı
  27 Fevral 2020    Oxunub:2006
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “BMW”, “Daewoo” və "Fiat” markalı 3 minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Daewoo” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, hadisə nəticəsində 3 nəfər həlak olub.

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti