Binəqədi və Xırdalanda yanğın - 26 nəfər təxliyə edildi

  27 Fevral 2020    Oxunub : 1260
Binəqədi və Xırdalanda yanğın - 26 nəfər təxliyə edildi
Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 4 ədəd elektrik sayğacı və 2 p.m elektrik naqili yanıb. Yanğın zamanı 4-ü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Digər məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının şaxtasında elektrik naqilləri 9 p.m yanıb. Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Azvision.az

Teqlər: FHN   Yanğın