Polis iki nəfərdən silah götürdü

Polis iki nəfərdən silah götürdü
  27 Fevral 2020    Oxunub:1834
Şabran və Ağdaş sakinlərindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Şabran rayon Rəhimli kənd sakini V.Musayevdən müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Həmçinin Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qəribli kənd sakini A.Hüseynovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti