Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı
  28 Fevral 2020    Oxunub:1673
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Çistokletova Lyubov Qriqoryevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Mənzil   Meyit  





Xəbər lenti