Avtoyuma məntəqəsində yanğın olub

Avtoyuma məntəqəsində yanğın olub
  28 Fevral 2020    Oxunub:1726
Bakı şəhərinin Nizami rayonunda yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 40 m² olan avtoyuma məntəqəsinin damının taxta atmaları və içərisində olan əşyalar 10 m² sahədə yanıb. Avtoyuma məntəqəsinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti