Virusdan qorunmağın sadə yolu - VİDEO

Virusdan qorunmağın sadə yolu -   VİDEO
  28 Fevral 2020    Oxunub:3447
Koronavirus təhlükəsi ilə bağlı insanlar virusdan qorunmağın müxtəlif yollarını axtarırlar. Neçə gündür sosial şəbəkələrdə bunun üçün çox sadə üsul - buruna perekis tökməklə virusa yoluxmanın qarşısının alınmasına dair məsləhətlər dolaşır.
Azvision.az -ın məlumatına görə, Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri professor İbadulla Ağayev bildirib ki, bu metoddan özbaşına istifadə etmək məsləhət deyil: “Əvvəlcə, həkimlə məsləhətləşmək lazımdır. Çünki bildiyiniz kimi perekis qıcıqlanma yarada bilən bir məhluldur. Hazırda bütün xəstəxanalarımız gücləndirilmiş rejimdə işləyirlər. Ona görə də insan özündə nəsə hiss edərsə, həkimə müraciət etməsi məsləhətdir”.



Baş epidemioloqun sözlərinə görə, gün ərzində əlləri və üzü sabunla yumaq daha effektiv metoddur: “Sabun məhlulu ilə burun dəliklərini də yumaq olar. Alternativ variant kimi “Oksalin” məlhəmini də qorunmaq üçün burun dəliklərinə sürtmək olar”.

Qoruyucu maska taxılmasına gəlincə, mütəxəssis bunun ətrafında ajiotaj yaradılmasını düzgün saymır: “Bu gün insanları narahat edəcək hal yoxdur. Əminliklə deyə bilərəm ki, Azərbaycanda koronavirus yoxdur. Bir daha qeyd edirəm ki, virusdan qorunmaq üçün gigiyenik normalara əməl etmək daha yaxşı olar”.

Azvision.az


Teqlər: Virus  





Xəbər lenti