Ali məktəblər rayonlara köçürüləcək? - AÇIQLAMA

Ali məktəblər rayonlara köçürüləcək? - AÇIQLAMA
  26 Dekabr 2013    Oxunub:871
Təhsil Nazirliyi Bakı şəhərinin mərkəzində olan ali məktəblərin şəhərdən kənara və yaxud bölgələrə köçürülməsi nəzərdə tutulması məsələsinə aydınlıq gətirib.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “2009-2013-cü illərdə ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nda müasir tipli Universitet şəhərciklərinin - kampusların yaradılması öz əksini tapıb.

Proqrama uyğun olaraq respublikanın bir necə ali təhsil müəssisəsi üçün, o cümlədən M.Lomonosov adına MDU-nun Bakı filialı və Azərbaycan Diplomatik Akademiyası üçün kampuslar yaradılıb. Hazırda Bakı Ali Neft Məktəbinin kampusu inşa olunur.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda kampusların yaradılmasının təşviqi nəzərdə tutulub.

Mirvari


Teqlər:  





Xəbər lenti