Bakıda üç evdə yanğın olub

Bakıda üç evdə yanğın olub
  02 Mart 2020    Oxunub:1657
Bakı şəhərinin Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilən, hər birinin ümumi sahəsi 60 m² olan birmərtəbəli iki fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və bitişik, ümumi sahəsi 110 m² olan birmərtəbəli mansarda tipli evin dam örtüyü 6 m² sahədə yanıb.

Hər üç evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  



Xəbər lenti