Kürdəmirdə ağır yol qəzası: 2 ölü, 3 yaralı (Yenilənib)

 Kürdəmirdə ağır yol qəzası:  2 ölü, 3 yaralı (Yenilənib)
  02 Mart 2020    Oxunub:5096
Kürdəmirdə baş verən yol qəzasında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Qəza zamanı 1983-cü il təvəllüdlü Bakı sakini Hüseynov Səbuhi Tahir oğlu ağır bədən xəsarətləri alıb. Bakı sakinləri – 2007-ci il təvəllüdlü Hüseynov Ayxan Səbuhi oğlu və 1983-cü il təvəllüdlü Mətləb Yusifov dünyasını dəyişib. Xəsarət alan digər 2 nəfərin vəziyyəti normaldır.

Qeyd edək ki, hadisə Sığırlı kəndində baş verib. “Toyota” Land Cruiser" markalı, "90-AA-047" dövlət seriya nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

***
Kürdəmirdə ağır yol qəzası baş verib.

Azvision.az Report-a istinadən xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.

Belə ki, “Toyota” Land Cruiser" markalı, "90-AA-047" dövlət seriya nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü də daxil olmaqla, beş nəfər müxtəlif növ bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb.

Fakt araşdırılır.

Azvision.az



Teqlər: Kürdəmir   Qəza   Yol  





Xəbər lenti