Açılış mərasimlərində təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, millət vəkilləri Asəf Hacıyev, Xanlar Fətiyev, Musa Quliyev, təhsil işçiləri, şagirdlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimlərində çıxış edən təhsil naziri Mikayıl Cabbarov müəssisələrdə yaradılmış şəraitin təhsilalanları yeni tədris mühiti ilə əhatə edəcəyini və bunun da məktəblərin nəticələrinə müsbət təsir göstərəcəyini nəzərə çatdırıb. Nazir şagirdlərin təhsil nailiyyətləri ilə yanaşı, onların məktəbdənkənar müəssisələrə cəlb olunması baxımından yeni inşa olunmuş Uşaq Yaradıcılıq Mərkəzinin müsbət rol oynayacağına ümidvar olduğunu söyləyib.
Tədbirlərdə iştirak edən digər qonaqlar da çıxışlarında tədris ocaqlarının pedaqoji kollektivlərinə və şagirdlərə uğurlar arzulayıblar.
Sonra isə qonaqlar təhsil müəssisələrinin açılışını bildirən qırmızı lenti kəsib və məktəblərdə yaradılmış şəraitlə tanış olublar.