Axtarışda olan şəxs ələ keçdi

Axtarışda olan şəxs ələ keçdi
  02 Mart 2020    Oxunub:1776
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 14-də rayon ərazisindəki evlərin birindən 450 manat, 14000 rubl, mobil telefon və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Yuxarı Nüvədi kənd sakini S.Əkbərov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti