Bakıda iki avtomobil toqquşub, ölən var

Bakıda iki avtomobil toqquşub, ölən var
  04 Mart 2020    Oxunub:2417
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 3-də saat 21 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Sahib Kərimovun idarə etdiyi “TOFAŞ” və M.Zahidovun idarə etdiyi “Kia” markalı avtomobillər toqquşub.

Nəticədə “TOFAŞ”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az





Teqlər: DİN   Qəza  





Xəbər lenti