Qubada itkin düşən 3 yaşlı qız tapıldı

Qubada itkin düşən 3 yaşlı qız tapıldı
  04 Mart 2020    Oxunub:2361
Quba rayonu Xucbala kənd sakini S.Seyidova bu gün günorta saatlarında Qusar Rayon Polis Şöbəsinə müraciət edərək, Qusar rayonu ərazisində yerləşən parkların birində iki azyaşlı övladı ilə istirahət edərkən qızı, 2017-ci il təvəllüdlü Mələyin itkin düşdüyünü bildirib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən qeyd edilən ərazidə axtarışlara başlanılıb və keçirilmiş tədbirlər nəticəsində azyaşlı qısa vaxt ərzində rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Övladının itməsi ilə əlaqədar böyük həyəcan hissləri keçirən ana tez bir müddət ərzində qızının tam sağlam halda, heç bir zərər görmədən tapıldığına görə Azərbaycan Polisi ilə fəxr etdiyini deyərək, DİN və Qusar RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirib.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti