Sumqayıtda ikimərtəbəli ev yanıb

Sumqayıtda ikimərtəbəli ev yanıb
  04 Mart 2020    Oxunub:2058
Sumqayıtda yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 300 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları, içərisindəki əşyalar 70 m² sahədə və dam örtüyü yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Sumqayıt  





Xəbər lenti