Sumqayıtda partlayış olub, xəsarət alanlar var

Sumqayıtda partlayış olub, xəsarət alanlar var
  05 Mart 2020    Oxunub:2174
Bu gün axşam saatlarında Sumqayıtda partlayış olub.
Azvision.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən yaşayış binalarından birində baş verib.

Partlayışa qaz sızması səbəb olub. Hadisə nəticəsində 1960-cı il təvəllüdlü Nuriyev Məhyəddin Balaxan oğlu və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Nuriyeva Narınc Ağacəfər xəsarət alıb. Onlar yanıq xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Xəstəxanasına yerləşdiriliblər.

Azvision.az



Teqlər: Sumqayıt   Partlayış  





Xəbər lenti