Lənkəranda qadının evinə basqın edilib

Lənkəranda qadının evinə basqın edilib
  05 Mart 2020    Oxunub:2170
Lənkəran ŞRPŞ-yə müraciət edən Separadi kənd sakini D.İbadova fevralın 20-də saat 3 radələrində evinə girmiş bir nəfərin onu bıçaqla hədələyərək qızıl boyunbağısını və mobil telefonunu aldığını bildirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Lənkəran ŞRPŞ və Nizami RPİ 23-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri K.İsmayılov və R.Məcidzadə müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti