Hava limanındakı taksilər dezinfeksiya olunur

Hava limanındakı taksilər dezinfeksiya olunur
  05 Mart 2020    Oxunub:2021
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirləri davam etdirir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, qurumun tabeliyində “Bakı Taksi Xidməti” MMC-nin paytaxtda xidmət göstərən avtomobil vasitələrinin gündəlik dezinfeksiya edilməsi təmin olunur. Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət göstərən taksilərdə aparılan zəruri profilaktik tədbirlər və dezinfeksiya işləri də mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Hava limanında xidmət edən “Bakı Taksi Xidməti”nə məxsus bütün taksilər növbəli şəkildə dezinfeksiya olunur. Səhər növbəsində olan avtomobillərdə gecə, gecə növbəsində olan avtomobillərdə isə səhər saatlarında dezinfeksiya işləri həyata keçirilir.

Virusa yoluxma hallarının qarşısının alınması və bu sahədə aparılan müvafiq tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə sürücülər antiseptik məhlullar və lazımi profilaktik vasitələrlə təmin olunublar.

Azvision.az



Teqlər: Taksi  





Xəbər lenti